Xəbər lenti



Azərbaycan sənətkarlarının hazırladığı əsər Vatikanın Ukraynadakı səfirliyinin binasının fasadını bəzəyəcək.

 

Bizimaz.az bildirir ki, bu barədə Report-a gənc şəbəkə ustası İlqar Rəsulzadə məlumat verib.  

Onun sözlərinə görə, artıq Avropaya göndəriləcək şəbəkə hazır vəziyyətə gətirilib. Hündürlüyü altı metr, eni isə 1,5 metr olan şəbəkə səkkiz hissədən ibarətdir. Əl işinin hazırlanmasında altı min şüşə və taxta parçalarından istifadə olunub, milli ornamentlər işlənib.

İ.Rəsulzadə əsəri atası, məşhur şəbəkə ustası Tofiq Rəsulovla birgə hazırladığını da söyləyib.

Qeyd edək ki, hazırlanan işlərin Ukraynaya göndərilməsi üçün müvafiq sənədlər hazırlanır. Şəki sənətkarlarının əl işlərinin təhlükəsiz şəkildə ünvana çatdırılması üçün Vatikan dövləti xüsusi olaraq yük maşını sifariş edib.

Kiyev şəhərinə şəbəkəni quraşdırmaq üçün şəbəkə ustası Tofiq Rəsulov başda olmaqla, üç nəfər sənətkar yola düşəcək.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov