Əhməd Cavadın indiyə qədər çap olunmayan şeirləri bir kitabda toplanır.
Bu barədə Kult.az-a şairin nəvəsi Anar Axundzadə danışıb.
Anar Axundzadə bildirib ki, kitab Ankarada işıq üzü görəcək.
Onun sözlərinə görə, şairin 48 vərəqlik əlyazma dəftərində olan şeirlərinin nəşri Axundzadələr ailəsinin öz təşəbbüsüdür.