Xəbər lenti



Bir neçə gün öncə Əməkdar incəsənət xadimi, bəstəkar Qəmbər Hüseynlinin qəbirüstü hekəlinin yerləşdiyi ərazi hasara alınıb. Bu hadisədən narahatlıq keçirən Gəncə ziyalıları və şəhər sakinləri şəhər icra hakimiyyətinin başcısı Niyazi Bayramova müraciət ünvanlayıblar. Müraciətdə bildirilibki, onlar bəstəkarın məzarının ərazidən köçürüləcəyi və onun yerində çoxmərtəbəli bina tikiləcəyi ilə bağlı xəbərlərdən narahatdırlar.

101.az bildirir ki bu barədə “Cavad xan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov öz facebook profilində paylaşıb. O bildirib ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər sakinlərinin narahatlığına son qoyub və qeyd edib ki, görkəmli bəstəkarımız Qəmbər Hüseynlinin məzarı köçürülməyəcək və həmin ərazidə çoxmərtəbəli bina tikintisinə imkan verilməyəcək. O cümlədən şəhər rəhbəri birmənalı şəkildə bəyan edib ki, həmin yerdə ancaq Gəncə sakinlərinin arzusuna uyğun olaraq uşaqlar üçün tematik park və əyləncə mərkəzi yaradılacaq. Qəmbər Hüseynlinin məzarı öz yerində toxunulmaz şəkildə qalmaq şərtilə, məzarüstü abidəsi yenisi və dahi bəstəkarımıza daha layiq olanı ilə əvəzlənəcək. Niyazi Bayramov onu da əlavə edib ki, bu kimi bütün digər şəhər əhəmiyyətli məsələlərdə də Gəncə sakinlərinin və ictimaiyyətin mövqeyi mütləq nəzərə alınacaq.

Qeyd edək ki, dahi bəstəkar Qəmbər Hüseynli 1916-cı ildə Gəncədə anadan olub. Dünyanın 100-dən çox xalqının dilinə tərcümə edilən məşhur "Cücələrim" mahnısının müəllifidir.

101.az
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov