5 min nəfərdən çox əhalisi olan Quba rayonunun Zərdabi qəsəbəsi rayonun ən böyük yaşayış məntəqələrindəndir.
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, Milli Mətbuat Günündə elə adını daşıdığı Zərdabi qəsəbəsində görkəmli ədibin abidəsi qoyulub.
Xatirə kompleksinin mərkəzində postament üzərində qoyulan abidənin hündürlüyü 1,65 metrdir.
Keçirilən mərasimdə bir sıra media nümayəndələri, o cümlədən Baku Tv-nin əməkdaşı da təltif olunub. Azərbaycanın rayonları arasında ilk dəfə qəzet Qubada nəşr olunub. 1921-ci ilin aprelin 21-də “Əxbar” adı ilə işıq üzü görən bu mətbu orqan sonrakı vaxtlarda “Yeni dirilik”, “Kollektivləşmə yolu”, “Şəfəq”, “Qızıl Quba” və “Quba” adlandırılıb.
BAKU.WS