Xalq artisti Canəli Əkbərova ağır itki üz verib.
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, xanəndənin oğlu, 1962-ci il təvəllüdlü Asəf Əkbərov vəfat edib.
A.Əkbərov uzun müddət idi ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Mərhumun nəşini dəfn etmək üçün sabah Lənkəran rayonunun Tükəvilə kəndinə aparacaqlar.