Xəbər lenti

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kann Festivalının təşkilatçılarına etiraz məktubu göndərib.

 

Kult.az xəbər verir ki, məktubda Dağlıq Qarabağın azərbaycanlı icması ermənilərin Kann Festivalına təqdim olunmaq üçün çəkdiyi “Əgər külək əsərsə” (Si le vent tombe) filminin yayımlanmasına etiraz bildirilib.

Qeyd olunur ki, sözügedən film Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz olaraq çəkilib. Filmdə göstərilən Xocalı aeroportu Azərbaycana məxsusdur və işğaldan sonra Ermənistan tərəfindən qeyri-qanuni olaraq bərpa olunub.

Məktubda festival təşkilatçılarına Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsi, bir milyondan çox insanın öz yurdundan didərgin düşməsi və bu insanların 30 ilə yaxındır öz evlərinə qayıda bilməməsi haqda da məlumatlar yer alıb.

Sonda ədalətin bərpa olunmasına, münaqişənin həllində sülhyönümlü nəticə əldə etmək üçün festival təşkilatçıları tərəfindən səy göstəriləcəyinə ümid ifadə olunub.

Qeyd edək ki, Kann Film Festivalının seçim komitəsi 56 filmin daxil olduğu 2020-ci il üçün rəsmi proqramını açıqlayıb. Siyahıya erməni rejissor Nora Martirosyanın “Əgər külək əsərsə” filmi də daxil edilib.

Film Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində çəkilib və bu münaqişədən bəhs edir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov