Sosial şəbəkələrdə Xalq artisti Zeynəb Xanlarovanın vəfat etməsi ilə bağlı məlumatlar yayılıb. Onun xəstəlikdən dünyasını dəyişdiyi iddia olunub.
Bizimaz.az bildiirir ki, yayılan təzadlı məlumatla bağlı Oxu.Az-ın əməkdaşı Z.Xanlarovanın qardaşı qızı, Əməkdar artist Mehriban Xanlarova ilə əlaqə saxlayıb.
O, Xalq artistinin dünyasını dəyişməsi ilə bağlı yayılan məlumatların dezinformasiya olduğunu bildirib:
“Zeynəb Xanlarova sağdır, salamatdır. Hazırda Bakıdadır. Özünü də əla hiss edir. Belə yalan məlumatı yayanın Allah cəzasını verəcək. Bunu yayanlar Xanlarova nəslini və soyadını “həzm edə” bilmirlər. Kiminsə ölüm xəbərini yaymaqla nə qazanırlar? Yoxsa boynundan medal asırlar? Şərəfsizliyin son damlasıdır! Ayıb olsun!
İnanın, səhərə kimi gözümə yuxu getməyib. İnsanlara da redaksiyanız vasitəsilə bildirirəm ki, hər yayılan xəbərlərə inanmasınlar”.