Sosial şəbəkədə Bakı şəhərinin 1930-cu illərdə çəkilmiş nadir görüntüləri yayılıb.
Bizimaz.az xəbər verir ki, “ASAN Radio”nun Feysbuk səhifəsində paylaşılan videonu qrafik dizayner Rəsul Həsənovun rəngləndirdiyi bildirilib.
Məlumat üçün qeyd edək ki, videoda o vaxtkı Bakı buxtası, Qız qalası, Filarmoniya bağı, Nizami küçəsi və şəhər sakinlərinin çəkildiyi kadrlar əks olunub.