Xəbər lenti



Milli Televiziya və Radio Şurasının (MTRŞ) “Space” televiziya kanalı ilə bağlı məhkəməyə müraciət etməsinin səbəbi məlum olub.

 

Bizimaz.az xəbər verir ki, bu barədə "report"a açıqlama verən MTRŞ sədrinin köməkçisi Fazil Novruzov bildirib ki, sözügedən televiziya kanalı İnzibati Xətalar Məcəlləsinin 383-cü maddəsini (teleradio proqramlarından istifadə qaydalarını pozma) pozduğuna görə barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib:

"Bu protokol digər televiziya kanalının materialını istinadsız təqdim etdiyinə görə tərtib edilib. Kanalın cərimə olunub-olunmaması barədə isə məhkəmə qərar verəcək.

“Space” televiziyasında hansı kanalın materialından istinadsız istifadə olunduğunu isə deyə bilmərəm".

Qeyd edək ki, MTRŞ-nin mayın 6-da iclası keçirilib. İclasda 1-3 may 2020-ci il tarixlərində ümumrespublika televiziya kanallarının efirinin monitorinqinin nəticələrinə baxılıb.

Belə ki, 2 may 2020-ci il tarixdə “Space” televiziya kanalının efirində İnzibati Xətalar Məcəlləsinin 383-cü maddəsinin (teleradio proqramlarından istifadə qaydalarını pozma) pozulması faktı ilə əlaqədar kanalın cərimə olunması ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən inzibati xəta haqqında protokol tərtib olunub və müvafiq rayon məhkəməsinə göndərilib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov