Azərbaycanlı filosof Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsar Turan dəfn edildi.

 

Bizimaz.az realtv.az-a istinadən xəbər verir ki, o, vəsiyyətinə uyğun olaraq İstanbul, Zincirlikuyu məzarlığında həyat yoldaşının yanında dəfn edilib.

Türkiyədəki mövcud “COVİD-19” qadağasına görə dəfn mərasimi keçirilməyib. Feyzavər Alpsar Turanın dəfnində Azərbaycanın İstanbuldakı Baş Konsulu Məsim Hacıyev iştirak edib.

Qeyd edək ki, Feyzavər Alpsar Turan uzun müddətdir ki, Alzheimer xəstəliyindən əziyyət çəkirdi. O, ötən gün 101 yaşında vəfat edib.

 
BAKU.WS