Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şəfiqə Haşım qızı Məmmədova 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Bizimaz.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29-da bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, Azərbaycanın Xalq artisti Şəfiqə Məmmədovanın sabah 75 yaşı tamam olur.