Xəbər lenti

Avroviziya-2020 mahnı müsabiqəsi Avropada koronavirus pandemiyasının yayılması səbəbindən ləğv edilib.

 

Bizimaz.az  Report-a istinadən xəbər verir ki, təşkilatçıların bununla bağlı martın 19-da rəsmi məlumat verəcəyi gözlənilir.

Ehtimal olunur ki, iştirakçılar gələn il artıq bu il üçün elan edilmiş təmsilçiləri ilə çıxış edəcəklər. Həmçinin yarışmaçılar bu il müsabiqə üçün hazırlanan mahnılardan istifadə edə bilməzlər.

Qeyd edək ki, “Avroviziya”mahnı müsabiqəsinin mayın 12-dən 16-dək Rotterdamdakı “Ahoy” konsert zalında keçirilməsi planlaşdırılırdı.

Azərbaycanı müsabiqədə “Kleopatra” mahnısı ilə Efendi (Samirə Əfəndi) təmsil etməlidir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov