Xəbər lenti

“Apardı sellər Saranı” əsəri İbrahim Abbasəlizadənin rejissorluğu ilə Təbrizin Mədəniyyət Evinin “Şəms” salonunda səhnələşdirilib.

 

Bizimaz.az: Kult.az xəbər verir ki, bu barədə “Təbriz-e mən” saytı məlumat yayıb.

Əsər Təbriz, Tehran, Naxçıvan və Türkiyədə uğurlu çıxışlardan sonra fevralın 3-ü yenidən səhnəyə qoyulub.

Seyid Mürtəza Haşimpurun əsəri əsasında səhnələşdirilən tamaşada Sevda Rzayi, Behnam Pənahi, İbrahim Abbasəlizadə, İrəc Oca Yari, Nəsibə Seyidi, Fərzad Səqqa, Əli Süleymani rol alıblar.

Əsərdə düşmənin Muğan bölgəsini işğal etməsindən bəhs edilir. Düşmən əsgərləri evləri yandırır, xanımları əsir götürür, sevgilisi Xan Çoban orada olmayan Sara atası ilə sağollaşdıqdan sonra əsgərlərin düşərgəsindən qaçaraq özünü Arpaçaya atır.

Qeyd edək ki, tamaşa hər gün saat 18:30-da “Şəms Təbrizi” (Fəcr bağı) Mədəniyyət Evində nümayiş olunacaq.

  •  
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov