Xəbər lenti

 
 

Uzun müddətdir Türkiyəyə köçən və orada Azərbaycan mədəniyyətini yüksək səviyyədə təmsil edən Xalq artisti Azərin “TRT Avaz” telekanalında müəllifi və aparıcısı olduğu “Azərinlə tək ürək” verilişinin növbəti buraxılışını 20 Yanvar faciəsinə həsr edib.

 

Bizimaz.az: Oxu.Az xəbər verir ki, proqramda qanlı faciənin 30-cu ildönümündən söhbət açan sənətçi baş verən hadisələri yada salıb.

“Yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun silahlanmış əsgərləri dörd istiqamətdən şəhərə soxulub, əliyalın dinc əhalini gülləbaran etdi. Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu.

O gün ətrafa yayılan barıt və qan qoxusu, silahsız insanlarımıza atılan güllələr... Qazilərimizi, şəhidlərimizi unutmadıq, unutmayacağıq. Millətimizin mübarizə əzmi ilə, şəhidlərin qanı ilə qazanılan müstəqilliyimiz əbədiyyən yaşasın! Şəhidlərimizin ruhu şad olsun!”, - deyə Azərin bildirib.

Müğənni daha sonra verilişdə sözləri və musiqisi Məryəm Əlibəyliyə məxsus 20 Yanvar şəhidlərinə ithaf olunmuş bəstəni canlı ifa edib. 

 

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov