Xəbər lenti




Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Beynəlxalq Mükafat Komitəsinin 2019-cu il 20 dekabr tarixli qərarı ilə Beynəlxalq Atatürk Mükafatına layiq görülüb.

 

Tarix İnstitutundan Kult.az-a verilən məlumata görə, Yaqub Mahmudova bu mükafat türk dünyası elmi və təhsilindəki böyük xidmətlərinə görə verilib.

Elmi Şuranın iclasında Tarix İnstitutunun elmi katibi İradə Əliyeva akademiyanın Beynəlxalq Mükafat Komitəsinin qərarını səsləndirib. O, mükafatın diplomu, döş nişanı və üzərində Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün şəkli olan xatirə plaketini akademikə təqdim edib.

Xatırladaq ki, Yaqub Mahmudov bundan əvvəl Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və türk dünyası elminə verdiyi böyük töhfələrə görə akademiyanın “Beynəlxalq Qızıl Ulduz” medalı ilə təltif edilib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov