Xəbər lenti

 

Hazırda vəziyyətim yaxşıdır. Ölməmişəm.

 

Bizimaz.az: Bunu Oxu.Az-a açıqlamasında 78 yaşlı Xalq artisti Flora Kərimova səhhətinin pisləşməsi və xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

“Müayinə üçün mütəmadi olaraq xəstəxanaya gedirəm. Dörd dəfə insult keçirmişəm. Bu dəfə də durduğum yerdə başım gicəlləndi. Bizimkilər qorxduqları üçün məni xəstəxanaya apardılar.

Sonra da bu xəbərlər çıxdı. İki gün xəstəxanada qaldım. İndi isə evdəyəm. Müayinədən sonra hər şeyin qaydasında olduğunu dedilər”,- Xalq artisti bildirib.

Flora Kərimova həkimlərdən razı qaldığını qeyd edib:

“Həkimlərdən çox razıyam. Onlara güvənirəm. Hər birinə təşəkkür edirəm”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov