Xəbər lenti



“MTV Azərbaycan” kanalı müğənni Rəhim Rəhimlinin direktor vəzifəsindən uzaqlaşdırılması xəbəri ilə bağlı açıqlama yayıb.

 

“Qafqazinfo” xəbər verir ki, kanalın məlumatında deyilir:

“Kanal rəhbəri Rəhim Rəhimlinin vəzifəsindən getməsi barədə yayılan xəbər dezinformasiyadır və məlumat dəqiqləşdirilmədən yayılıb. Rəhim Rəhimlinin “MTV Azərbaycan” kanalının Yeni il proqramında iştirak etməməsinin səbəbi bəstəkar-müğənninin Moskva şəhərində dövlət tədbirində çıxışı ilə bağlı olub. Rəhim Rəhimli hazırda kanalın direktoru vəzifəsində öz işini davam etdirir".

Xatırladaq ki, Rəhim Rəhimlinin işdən çıxarıldığı, onun yerinə isə müxtəlif vaxtlarda ATV, İTV və AzTV-də yüksək vəzifələrdə çalışan Həsən Abdullayevin təyin edildiyi bildirilirdi.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov