Xəbər lenti



Azərbaycan türklərinin milli dövlətçiliyinin banisi M.Ə. Rəsulzadənin gələn ilin martında qeyd olunacaq vəfatının 65 illiyi ilə əlaqədar kitabı çap olunub.

 

Bizimaz.az: BAKU.WS xəbər verir ki, “KitabKlubu” nəşriyyatında onun 1930-cu ildə Parisdə rus dilində Qafqaz İstiqlal Komitəsi tərəfindən çap olunmuş “Panturanizm haqqında. Qafqaz problemi ilə əlaqədar” («О пантуранизме. В связи с кавказской проблемой») kitabının faksimilesi və Azərbaycan dilində tərcüməsi işıq üzü görüb.

Məlumdur ki, M.Ə. Rəsulzadənin bu kitabı Zarevandın (Zaven və Vartui Nalbandyanlar) Anadolu və Azərbaycan türklərinin ünvanına böhtanlarla dolu “Türkiyə və panturizm” (Турция и пантуранизм) adlı cızma-qarasına cavab olaraq qələmə alınmışdır.

M.Ə. Rəsulzadə bu əsərində konkret faktlarla Zarevandın “arqumentlər”ini təkzib edir. Son illərdə Zarevandın bu cızma-qarasının Rusiyya, İran və hətta Türkiyədə kütləvi tirajla çap olunması, M.Ə. Rəsulzadənin “Panturanizm haqqında. Qafqaz problemi ilə əlaqədar” kitabının nəşrini daha da aktuallaşdırır.

Kitabda M.Ə. Rəsulzadənin iki məqaləsi – “Rusiyanın köləliyində” və “Nə “peyin”, nə də “material”, eləcə də onun 1930-cu ilin martında Qafqaz, Ukrayna və Türküstan siyasi mühacirləri qarşısında etdiyi məruzənin mətni yer alıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov