AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, İnstitutun Şəki arxeoloji-etnoqrafik qrupunun rəisi Nəsib Mirsaleh oğlu Muxtarov uzun sürən xəstəlikdən sonra 68 yaşında 2019-cu il yanvarın 25-də vəfat edib.
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədr əvəzi Rövşən Məmmədov Azərbaycantelefilm Yaradıcılıq Birliyinin direktoru, əməkdar jurnalist Səyavuş Məmmədovu vəzifəsindən azad edib. Onun yerinə xalq artisti Ramiz Həsənoğlu təyin edilib.
Azərbaycanlı gənc tələbə Fərhad Rəhimli Türkiyədə “TRT Müzik” kanalında yayımlanan musiqi yarışmasına qatılıb və yarışmanın qalibi olub.
Bizimaz.az Oxu.Az-a istinadən xəbər verir ki, yüzlərlə iştirakçı arasından finala 5 nəfər qalıb və Fərhad gözəl ifası ilə hər kəsdən fərqlənərəq birinci yerə layiq görülüb.
Yarışma zamanı maraqlı anlar yaşanıb. Belə ki, münsiflər heyətinin üzvü, bəstəkar, müğənni və musiqi tənqidçisi Koray Avcı Fərhadın ifasını göz yaşları içində dinləyib. O, “Nə olar, bir daha oxuma, çünki bir də ağlamaq istəmirəm” deyə azərbaycanlı gəncin ifasına fikir bildirib.
Verilişin aparıcısı Duygu Atakan da Fərhad Rəhimlinin ifasını göz yaşlari içərisində dinləyib.
Qeyd edək ki, bu Fərhad Rəhimlinin beynəlxalq arenada ilk uğurudur. O Azərbaycan klassik və bəstəkar musiqilərini dünyada tanıtmağı qarşısına məqsəd qoyub.
Azərbaycanda İmadəddin Nəsimi və hürufiliklə bağlı bir dənə də sanballı, dövrün tələbinə cavab verən monoqrafik tədqiqat yoxdur. Görülən yaxşı işlər isə səpələnmiş məqalələr halındadır.
Yanvarın 22-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində xorvat yazıçısı Miro Havranın pyesi əsasında səhnələşdirilmiş “Qəribə, çox qəribə əhvalat” tamaşası növbəti dəfə təqdim olunub.
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) sədr dəyişikliyindən sonra kütləvi kadr islahatına və keçmiş rəhbərliyin fəaliyyətinin auditinə başlanıb.