Xəbər lenti

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin Parisdə yaşayan gəlini Paskal Hacıbəyli Buşe və nəvəsi Benjamin Hacıbəyli ilə görüşüb.

Ardını oxu...


Ceyran Həsən ABŞ-da doğulub, burada boya-başa çatıb. Klivlent Musiqi İnistitutunu bitirib. Magistr və doktoranturanı Ayova Universitetində oxuyub. Sonradan öz ixtisası üzrə elmi iş müdafiə edərək musiqi üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. Azərbaycanca gözəl bilir. Anası amerikalı olsa da Azərbaycan adət-ənələrini sevir və riayət edir. Deyir ki, bütün bunlara görə atama borcluyam...

Ardını oxu...


 

 

         Azərbaycanın ilk və ən böyük universiteti olam BDU-da möhtəşəm tamaşa həyata keçirilib. Jurnalistka fakultəsinin hazırladığı “ Meydanın başladığı gün” adlı tamaşa bütün izləyicilərin diqqətini cəlb etdi. Tədbir BDU Tələbə Həmkarlar İttifaqı komitəsinin dəstəyi ilə ərsəyə gəlib. THİK-in sədri Daşqın Qənbərov çıxışında tədbir iştirakçılarını salamlayıb və təşkilatçılara uğurlar arzu edib.təşkilatçılara uğurlar arzu edib.

         “ Meydanın başladığı gün” adlı tamaşasının mövzsusu vətənpərvərlik, azadlıq haqqında idi. Tədbirin layihə rəhbəri BDU Jurnalistika fakultəsinin 1-ci kurs tələbəsi Elcan Məmmədov çıxışında THİK-ə, Jurnalistika fakultəsinin dekanlığına və öz qrup yoldaşları olan, bu tədbirin ərsəyə gəlməsində ona böyük köməklik edən tələbələrə təşəkkürünü bildirib.

Həm də ssenari müəllifi olan Elcan Məmmədov, həmin fakultənin 3-cü kurs tələbəsi, quruluşçu rejissor Türkan Məmmədova ilə birlikdə Azərbaycan xalqının tarixi boyu azadlığı uğrunda canından keçən qəhrəmanlarına həsr etdikləri tədbirə  qonaq qismində Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ramiz Rövşən və “ Qızıl qələm” mükafatı laueratı, yazıçı Elxan Elatlını dəvət ediblər.

         Uğurlarınız  bol olsun, əziz jurnalistlər!

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov