Beldən aşağı iflic olan 3 xəstənin onurğa beyninə elektrik implant qoyulduqdan sonra onlar yeriyə biliblər.
Bizimaz.az: medicina.az-a istinadən bildirir ki, ekspertlərin bildirdiyinə görə, implant zədə yerinin aşağısında yerləşdirilir və beyindən əzələlərə göndərilən siqnalların ayaq əzələlərinə çatmasını təmin edir.
Louisville Universiteti və Mayo klinikasından olan ABŞ tədqiqatçılar qrupu keçirilmiş tibbi sınaqların nəticəsini Nature Medicine və New England Journal of Medicine jurnallarında dərc ediblər.
Elmi qrup yeni üsulun uğurlu nəticə verdiyini qeyd edib