Xəbər lenti

Xeyli gənc ailə güzəştli kateqoriyaya düşmədikləri üçün sosial ev ala və güzəştli ipoteka kreditlərinə müraciət edə bilmir. Bu kontekstdən, sosial mənzil və eləcə də güzəştli ipoteka kreditinə müraciət hüququnun necə müəyyənləşməsi son dövrlər müzakirə edilən məsələlərdəndir.

 

Bizimaz.az: Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov deyib. O bildirib ki, güzəştli kateqoriyaya daxil olan qrupların siyahısının dəyişdirilməsinə ehtiyac var:

“Belə ki, bu güzəştli siyahı müəyyənləşdirilən zaman çatışmazlıqlara yol verilib. Məsələn, qaydalara əsasən ən azı 3 il dövlət qulluğunda və o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs sosial mənzilə müraciət edə bilər. Dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs yalnız 5 ildən sonra bu hüququ əldə edir. Bu o deməkdir ki, qüvvədə olan qaydalara görə, məmur 3, müəllim isə 5 ildən sonra güzəştli mənzil və ya ipoteka əldə etmək hüququ qazanır.

Maraqlıdır: hansı meyarlar ilə məmurlar üçün 3 il, müəllimlər üçün daha uzun müddət müəyyənləşdirilib? Məgər cəmiyyət üçün müəllim məmurdan az faydalıdır? CESD təklif edir ki, müəllimlər üçün güzəşt hüququ 1 ilə endirilsin və onlara daha qısa zamanda güzəştli mənzil əldə etmək hüququ verilsin.

İkincisi, 15 il məmur işləyən vətəndaşlarımıza gənc ailə olmasa da güzəşt əldə etmək hüququ verilir, amma müəllimlər üçün belə hüquq yoxdur. Bu o deməkdir ki, əgər müəllim ailəsində ailə başçılarının birinin yaşı 35-dən çoxdursa, o, sosial mənzilə və güzəştli ipotekaya müraciət hüququna malik olmur. Buna görə də 15 ildən çox müəllim işləmiş vətəndaşlara da - gənc ailə olmasa belə - bu hüququn verilməsi sosial ədalət baxımdan çox vacibdir.

Üçüncüsü, daha yaxşı olardı ki, məcburi köçkünlər, şəhid və milli qəhrəman ailələrinin ev problemləri pulsuz mənzil təminatı çərçivəsində həll olunsun. Bu kateqoriya vətəndaşlarımızın sosial vəziyyətini nəzərə aldıqda onların pulsuz mənzil ilə təminatı davam etdirilməlidir. Bu günə kimi məcburi köçkünlərə 34 591 mənzil verilib. Onların sosial vəziyyətinin yaxşılaşması üçün 7.1 milyard manat vəsait ayrıldığını nəzərə alsaq, dövlət vəsaiti hesabına pulsuz mənzillərin təqdim edilməsinin davamlılığına nail olmaq mümkündür.

Dördüncüsü, güzəştli kateqoriyanın genişləndirilməsinə və ödəmə qabiliyyəti olan hər bir gənc ailəyə belə hüququn verilməsinə ehtiyac var. Gələn il Mənzil İnşaat Dövlət Agentliyi Hövsanda 3 min mənzili satışa çıxarmaq niyyətindədir. Gəncə, Sumqayıt və digər bölgələrdə də sosial binalar inşa edilir və ya ediləcək. Belə olan halda müraciət hüququ verən siyahıya baxıb onun genişləndirilməsinə ehtiyac var. Xüsusən də regionlarda müraciət hüququ daha çox vətəndaşlarımıza şamil olunmalıdır”.

İqtisadçı qeyd edib ki, qeydiyyatsız evlərdə yaşayanlar həyət evlərini inşa etmək üçün evin ölçüsündən asılı olaraq, 40-80 min manat pul xərcləyirlər, amma hələ də evləri qeydiyyata alınmayıb və mülkiyyət hüquqları tanınmır:

“Əgər 40-50 min manatlıq 3 otaqlı ekonom evlər təklif olunsaydı, onlar qeydiyyatsız evlər inşa edərdilərmi? Düşünürəm ki, əksəriyyəti bu halda qeydiyyatlı və təmirli mənzillərə üstünlük verərdi. Bu baxımdan, sosial evlər məhz həmin ailələrin də mənzil probleminin aradan qaldırılmasına ünvanlanmalıdır”.

02 Aprel 2024 "Piramida Reklam” MMC “İSO 9001:2020” sertifikatı ilə təltif olundu
30 İyul 2023 SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş keçirildi
29 İyun 2023 Kamaləddin Qafarov: “ Namərd hücumu qətiyyətlə pisləyirik!”
06 Fevral 2023 Macarıstanla strateji tərəfdaşlıq möhkəmlənir
05 Yanvar 2023 Minimum əmək pensiyasının məbləği 280 manata çatacaq
30 Dekabr 2022 Vergi Məcəlləsində dəyişikliklər edildi
26 Dekabr 2022 47 ticarət müəssisəsində pozuntular aşkarlandı
09 Dekabr 2022 Parlament gələn il üçün yaşayış minimumunu qəbul edib
05 Dekabr 2022 Baş Nazir ƏDV-dən azad olunan texnikaların siyahısını təsdiq etdi
16 Noyabr 2022 Azərbaycanda büdcə ili aprelin 1-də başlaya bilər
04 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 12 milyon manat ayırdı
03 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 4,4 milyon manat ayırdı
19 Oktyabr 2022 Şükürbəyli-Cəbrayıl yolu AÇILDI
17 Oktyabr 2022 Bahalaşma səngimir: Fəsadları necə aradan götürməli – TƏHLİL
19 Sentyabr 2022 ELM VƏ TƏHSİL POTENSİALININ İNKİŞAFINA DƏSTƏK MƏQSƏDİLƏ YENİ LAYİHƏYƏ START VERİLDİ.
12 Sentyabr 2022 Ötən il mehmanxanalarda 1 milyona yaxın qonaq yerləşdirilib
31 Avqust 2022 Neftimizin qiyməti 102 dolları ÖTDÜ
26 Avqust 2022 “Azərenerji” Laçın şəhərində, Zabux və Sus kəndlərində fəaliyyətə başladı - Video
24 Avqust 2022 Nazirlər Kabineti "Aİ-92" benzinilə bağlı qərarı dəyişdi
11 Avqust 2022 Bakıda beynəlxalq taxıl ticarət konfransı keçiriləcək
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov