Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 25 baza punktu azaldılaraq 8,00%-dən 7,75%-ə endirilməsi haqda qərar qəbul edib.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, faiz dəhlizinin yuxarı həddi 9,50%, aşağı həddi isə 6,00% səviyyəsində müəyyən edilib.
Bu qərar 25 oktyabr 2019-cu il tarixindən qüvvəyə minir. Faiz dəhlizinin parametrlərinə növbəti dəfə bu ilin dekabrın 13-də baxılacaq.