“Lukoyl” “Saudi Aramko” ilə müştərək olan geoloji kəşfiyyat layihəsindən çıxma mərhələsindədir.
Bizimaz.az:Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Lukoyl”un rəhbəri Vahid Ələkbərov deyib. O, “Saudi Aramko” ilə yaxşı münasibətlərinin olduğunu bildirib.
Bununla belə, Ələkbərov layihədən Ər-Riyadın onlar üçün iqtisadi baxımdan sərfəli şərait yarada bilməmələri ucbatından çıxdıqlarını deyib.
Qeyd edək ki, “Lukoyl”un “Saudi Aramko” ilə ortaq müəssisəsi “Lukoyl Saudi Arabia Enerci Ltd.” adlanır. Bu şirkətin səhmlərinin 80%-i “Lukoyl”a məxsusdur.