Azərbaycan Mərkəzi Bankının 800 min manata yaxın pulunu mənimsəyən Azərbaycan vətəndaşı ələ keçirilib.
Bizimaz.az: Rusiya mətbuatına istinadla xəbər verir ki, oğurluqda ittiham edilən şəxs Çelyabinsk vilayətində saxlanılıb.
43 yaşlı Azərbaycan vətəndaşı 2008-ci il ərzində Azərbaycan Mərkəzi Bankında mütəxəssis işləyib. Bir qrup şəxslə əlbir olan mütəxəssis saxta kreditlər hesabına 800 min AZN vəsaiti mənimsəyib.
Saxlanılan şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilməsi ilə bağlı qərar qəbul edilib.
Azərbaycan Respublikasında bu cinayətin törədilməsinə görə 12 il müddətinə qədər azadlıqdan məhrum edilmə cəzası təyin edilə bilər.