Xəbər lenti


 

“Hazırda Azərbaycanın özünü ət və ət məhsulları ilə təminetmə səviyyəsi 83 faizdir”.
 
Bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Fikrodvsi Fikrətzadə bildirib.
 
İdxal olunan donuz əti-kolbasa, sosiska...
 
F.Fikrətzadə qeyd edib ki, bu göstərici mal əti üzrə 85 faiz, qoyun əti üzrə 98 faiz, quş və quş əti məhsulları üzrə 76 faizdir:
 
“Azərbaycanın ümumilikdə 68 700 tonluq ət idxalının 23 800 tonu mal əti, 1700 tonu qoyun əti, 8200 tonu donuz əti, 35 min tonu quş ətidir. Rəsmi göstəricilərdən də göründüyü kimi, idxalda nisbi üstünlük quş əti üzrədir. Bütövlükdə Azərbaycanın ət idxalının əsas mənbəyi MDB ölkələri, o cümlədən Rusiya, Ukraynadır. Donuz əti əsasən, kolbasa və sosiska istehsalında istifadə edilir”.
 
“İdxal olunan quş ətlərinin 99 faizi emala yönəldilir”
 
Direktor illər əvvəl Azərbaycan bazarlarında üstünlüyə malik olan toyuq budlarına tələbatın hələ də olduğunu qeyd edib:
 
“Quş və quş ətləri deyəndə, bu kateqoriyaya həm diri quşlar, həm kəsilmiş halda, həm də kolbasa və konserv şəkilində idxal aid edilir. O cümlədən, quş və quş əti məhsulları idxalı deyildikdə, quş ətindən hazırlanmış konservlər, bütöv quş əti və onun ayrı-ayrı hissələri-bud, file, qanad və s. nəzərdə tutulur. Onu da nəzərinizə çatdırım ki, 35 min tonluq quş ətinin 99 faizi emal sənayesinin tələbatı üçün alınır”.
 
Hindistandan gətirilən ucuz ətlər...
 
Nazirlik rəsmisi ölkəmizə Hindistandan gətirilən ucuz ətlərlə bağlı məlumatlara da aydınlıq gətirib:
 
“Hindistandan dondurulmuş şəkildə gətirilən ət və ət məhsulları çox paya malikdir. Azərbaycana idxal olunan 23800 ton mal ətinin 14000 tonu ət çəkisi formasında, qalanları diri heyvan şəklində gətirilir. Hindistan isə bu faiz göstəricilərində çox cüzi yer tutur”.
 
“Azərbaycan quş əti ixrac edəcək”
 
F.Fikrətzadənin sözlərinə görə, Azərbaycanın ət idxalı göstəriciləri çox aşağıdır:
 
“Biz ölkə olaraq ümumilikdə 326 min ton əti istehsal, 68 000 ton əti idxal edirik. O cümlədən, 135000 ton mal ətini istehsal, 23 000 tonunu idxal edirik. Ölkədə 81000 ton qoyun əti istehsal etdiyimiz halda, cəmi 17000 ton qoyun ətini idxal edirik.
 
Eyni zamanda, respublikada 109 min ton quş əti istehsal olunduğu halda, 35 min ton quş əti idxal edilir. Bizim idxalımızın üstünlük təşkil etdiyi quş ətidir. Artıq broyler sənayesində yeni inkişaf mərhələsi başlayıb. Sahibkarlar bu sahələrə böyük investisiya qoyuluşları həyata keçirirlər. Yaxın vaxtlarda Azərbaycan ərzaqlıq quş yumurtası idxal edən ölkədən ixrac edən ölkəyə çevrildiyi kimi, növbəti illərdə quş ətini idxal edən ölkədən ixrac edən ölkəyə çevriləcək”.
 
Ölkəmiz mal əti ixrac edir?
 
F.Fikrətzadə qeyd edib ki, Azərbaycanın digər ölkələrə mal və qoyun əti ixrac etməsi təsadüfi trendlərdir:
 
“Çünki Azərbaycan özünün mal və qoyun ətinə olan tələbatını ödəyir. Ona görə də bu sahədə ixracın genişləndirilməsi hələ ki nəzərdə tutulmur. Ət ixracı perspektivimiz broyler sənayesinə əsaslanır. Növbəti illərdə broyler sənayesinin təkmilləşdirilməsi və genişləndirilməsi hesabına o məhsul üzrə ixrac perspektivimiz gözlənilir”.(Modern)
02 Aprel 2024 "Piramida Reklam” MMC “İSO 9001:2020” sertifikatı ilə təltif olundu
30 İyul 2023 SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş keçirildi
29 İyun 2023 Kamaləddin Qafarov: “ Namərd hücumu qətiyyətlə pisləyirik!”
06 Fevral 2023 Macarıstanla strateji tərəfdaşlıq möhkəmlənir
05 Yanvar 2023 Minimum əmək pensiyasının məbləği 280 manata çatacaq
30 Dekabr 2022 Vergi Məcəlləsində dəyişikliklər edildi
26 Dekabr 2022 47 ticarət müəssisəsində pozuntular aşkarlandı
09 Dekabr 2022 Parlament gələn il üçün yaşayış minimumunu qəbul edib
05 Dekabr 2022 Baş Nazir ƏDV-dən azad olunan texnikaların siyahısını təsdiq etdi
16 Noyabr 2022 Azərbaycanda büdcə ili aprelin 1-də başlaya bilər
04 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 12 milyon manat ayırdı
03 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 4,4 milyon manat ayırdı
19 Oktyabr 2022 Şükürbəyli-Cəbrayıl yolu AÇILDI
17 Oktyabr 2022 Bahalaşma səngimir: Fəsadları necə aradan götürməli – TƏHLİL
19 Sentyabr 2022 ELM VƏ TƏHSİL POTENSİALININ İNKİŞAFINA DƏSTƏK MƏQSƏDİLƏ YENİ LAYİHƏYƏ START VERİLDİ.
12 Sentyabr 2022 Ötən il mehmanxanalarda 1 milyona yaxın qonaq yerləşdirilib
31 Avqust 2022 Neftimizin qiyməti 102 dolları ÖTDÜ
26 Avqust 2022 “Azərenerji” Laçın şəhərində, Zabux və Sus kəndlərində fəaliyyətə başladı - Video
24 Avqust 2022 Nazirlər Kabineti "Aİ-92" benzinilə bağlı qərarı dəyişdi
11 Avqust 2022 Bakıda beynəlxalq taxıl ticarət konfransı keçiriləcək
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov