Bu ilin altı ayı ərzində Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları 13 faiz artıb. Bu, rekord göstəricidir.
Bizimaz.az: Oxu.Az-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC və Tacikistanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan-Tacikistan Aqrobiznes Forumunda çıxışı zamanı Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.
Onun sözlərinə görə, kənd təsərrüfat məhsullarının artırılması üçün işlər görülməlidir:
“Biz çalışırıq ki, ölkədə kənd təsərrüfatı məhsullarının artımı olsun”.
İ.Quluyev bildirib ki, Azərbaycan Tacikistan arasında idxal-ixrac əməliyyatlardan da danışıb:
“İki ölkə arasında danışıqlar aparılır. Sənədlərinin imzalanması gözlənir”.