Yaponiya avtomobil istehsalçısı “GAC Honda”, təxminən, 95 min avtomobili geri çağırır.
Bizimaz.az: Avtosfer.az məlumat verir ki, buna səbəb təhlükəsizlik yastıqlarında yarana biləcək qüsurdur. Çağırış iyulun 22-dən başlayacaq.
Məlumatda qeyd edilir ki, bu prosedura Çin bazarına çıxarılan 94 min 680 avtomobil modeli, 2002-ci lin noyabrın 11-dən 2015-ci ilin iyunun 25-nə kimi olan – “Crosstour”, “Fit”, “City”, “Accord”, “Odyssey”, “Everus S1” və həmçinin 17 idxal edilən “Fit Hybrid” model sedanı daxildir.
Aşkarlanmış qüsur, yastıqların açılışı zamanı sürücüyə və sərnişinə təhlükə törədə bilər.
İstehsalçı, yaranmış qüsuru avtomobili sahiblərinə ödənişsiz aradan qaldıracaq.