“AvtoVAZ” konserni “Lada” modelindən olan bütün avtomobillərin qiymətini qaldıracaq.
Bu barədə “Vedemosti” qəzeti yazır.
Bu, avtomobil konserninin cari il ərzində ikinci oxşar addımıdır.
“Lada” avtomobillərinin satışı və lizinqi ilə məşğul olan dilerlər qiymətlərin iyulun 1-dən etibarən qaldırılacağını açıqlayıb. Bahalaşmanın 1-4 faiz civarında olacağı iddia olunur.
Xatırladaq ki, bundan əvvəl “AvtoVAZ” yanvar ayında bütün modellərdən olan avtomobillərinin qiymətini 3 faiz artırmışdı. Həmin vaxt buna səbəb Rusiyada ƏDV-nin 18 faizdən 20 faizə qaldırılması ilə əlaqələndirilirdi.