“OPEK+” səyləri neft üçün münasib olan qiyməti, yəni 1 barel üçün 60-70 dollar səviyyəsini saxlamağa imkan verəcək.Bizimaz.az6 Trend-ə istinadla xəbər verir ki, bu fikri "Lukoyl"un prezidenti Vaqit Ələkbərov səsləndirib.
Şirkət prezidenti deyib ki, neft üçün münasib qiymət 60-70 dollardır, lakin bu gün qiymət aşağı səviyyədədir:
“Ona görə biz ümid edirik ki, nazirlərimizin gördüyü tədbirlər neftin qiymətini yuxarı səviyyəyə qaldırmağa imkan verəcək”.