Xəbər lenti

Problemli kreditlərlə bağlı VACİB AÇIQLAMA: 28 min nəfər PULUNU...
 

Prezident İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanının icrası uğurla başa çatdırılıb.

 

Bizimaz.az: Maliyyə Bazarlarına Nəzarət Palatasından Publika.az-a daxil olan açıqlamada bildirilir ki, indiyə qədər kompensasiya hesablanmış vətəndaşların 95,5%-nə ödənişlər edilib ki, bu da ayrılmış məbləğin 91,4%-ni təşkil edir. Müxtəlif səbəblərə görə (ölkə xaricində olduğundan, vəfat etdiyindən və s.) kompensasiya almaq üçün müraciət etməmiş 27,5 min nəfər mövcuddur ki, onların da 20,5 mini ləğv prosesində olan bankların və bank olmayan kredit təşkilatlarının, 7 mini isə fəaliyyətdə olan bankların müştəriləridir. Həmin vətəndaşlar və onların varisləri bundan sonra da banklara, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-yə müraciət edərək kompensasiyalarını ala bilərlər.

Bundan başqa, Palatanın nəzdində yaradılmış Apellyasiya Komissiyası 13 minə yaxın vətəndaşın müraciəti üzrə isə araşdırmaları davam etdirir. Bu müraciətlər növbəlilik prinsipi ilə cavablandırılacaq.

Fərmanın icrası üçün Maliyyə Nazirliyinin 6 trans çərçivəsində ayırdığı 600,1 milyon manat vəsaitin 288,8 milyon manatı 562 min nəfərin ödəniş müddəti keçmiş kreditlərinə yönəldilib, 311,3 milyon manat isə müştərilərin sərəncamına verilib.

Fərman çərçivəsində kredit təşkilatları 126 mindən çox borcalanın kreditləri üzrə hesablanmış 107 milyon manata yaxın faiz və dəbbə pullarınə silib və bu proses davam edir. Bundan əlavə, 42 min borcalanın kreditləri tamamilə bağlanıb, 10 minə yaxın borcalanın 11 milyon manat məbləğindəki kreditləri güzəştli şərtlərlə restrukturizasiya edilib və bu proses ilin sonuna qədər davam edəcək.

Fərmanın icrası çərçivəsində proseslərin şəffaflığının və operativliyinin təmin edilməsi məqsədilə Palata tərəfindən yaradılmış xüsusi elektron portala problemli kreditlərə dair məlumatların sorğulanması üçün 685 min istifadəçidən 1,7 milyon sorğu daxil olub. Ümumilikdə həmin portal üzrə baxış sayı 3 milyona yaxın olub. Palatanın 966 çağrı mərkəzinə daxil olan 117 mindən çox zəng cavablandırılıb.

10 Fevral 2025 Bu şəxslərin maaşına vergi güzəştləri edilir
06 Yanvar 2025 ƏDV yığanlara şad xəbər - Yeni sektor əlavə edildi
27 Dekabr 2024 Prezident 2025-ci ilin dövlət büdcəsini təsdiqlədi
05 Dekabr 2024 Bitkoinin qiyməti 100 min dolları keçdi
02 Aprel 2024 "Piramida Reklam” MMC “İSO 9001:2020” sertifikatı ilə təltif olundu
30 İyul 2023 SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş keçirildi
29 İyun 2023 Kamaləddin Qafarov: “ Namərd hücumu qətiyyətlə pisləyirik!”
06 Fevral 2023 Macarıstanla strateji tərəfdaşlıq möhkəmlənir
05 Yanvar 2023 Minimum əmək pensiyasının məbləği 280 manata çatacaq
30 Dekabr 2022 Vergi Məcəlləsində dəyişikliklər edildi
26 Dekabr 2022 47 ticarət müəssisəsində pozuntular aşkarlandı
09 Dekabr 2022 Parlament gələn il üçün yaşayış minimumunu qəbul edib
05 Dekabr 2022 Baş Nazir ƏDV-dən azad olunan texnikaların siyahısını təsdiq etdi
16 Noyabr 2022 Azərbaycanda büdcə ili aprelin 1-də başlaya bilər
04 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 12 milyon manat ayırdı
03 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 4,4 milyon manat ayırdı
19 Oktyabr 2022 Şükürbəyli-Cəbrayıl yolu AÇILDI
17 Oktyabr 2022 Bahalaşma səngimir: Fəsadları necə aradan götürməli – TƏHLİL
19 Sentyabr 2022 ELM VƏ TƏHSİL POTENSİALININ İNKİŞAFINA DƏSTƏK MƏQSƏDİLƏ YENİ LAYİHƏYƏ START VERİLDİ.
12 Sentyabr 2022 Ötən il mehmanxanalarda 1 milyona yaxın qonaq yerləşdirilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov