Xəbər lenti

 

Azərbaycan və Gürcüstanda “Schlumberger” şirkətinin baş meneceri Aydın Kərimov Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz sərgisi çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevi Xəzər dənizində qazılmış ən dərin quyu barədə məlumatlandırıb. 

 

A.Kərimov qeyd edib ki, aprelin 15-də “Abşeron” yatağında ABD-001 quyusunun qazılması zamanı 7 min 411 metr dərinliyə çatmaq mümkün olub. 

Onun sözlərinə görə, qazma işləri yataqdakı ehtiyatın həcmini ölçmək məqsədilə aparılıb. 

A.Kərimov dövlət başçısının diqqətinə çatdırıb ki, qazma işləri zamanı “Schlumberger” şirkətinin ən müasir texnologiyalarından, o cümlədən, “PowerDrive ©” və “EnduroBlade 360 ©” sistemlərindən istifadə olunub. 

A.Kərimov əlavə edib ki, “Abşeron” yatağı qaz kondensatıdır və Xəzər şelfinin 500 metr dərinliyində yerləşir. 

“Yataq Bakıdan 100 kilometr cənub-şərqdə və “Şahdəniz” yatağından 25 kilometr şimal-şərqdə yerləşir. Yataqdakı qaz ehtiyatları 350 milyard kubmetr, kondensatlar isə 45 milyon ton həcmində dəyərləndirilir”, - baş menecer əlavə edib. 

O qeyd edib ki, lüləli qiymətləndirmə quyusu Heydər Əliyev adına 6-cı nəsil yarımsəviyyəli qazma qurğusu tərəfindən qazılır. İşlərin 2019-cu ilin oktyabrında yekunlaşdırılması planlaşdırılır. 

A.Kərimov bundan əvvəlki rekord sayılan “Şahdəniz” yatağında 2008-ci ildə qazılmış SDX4 (7 min 300 metr) quyusundan da danışıb. O əlavə edib ki, həmin vaxt da qazma işlərində “Schlumberger” şirkətinin texnologiyalarından istifadə edilib.


oxu.az

02 Aprel 2024 "Piramida Reklam” MMC “İSO 9001:2020” sertifikatı ilə təltif olundu
30 İyul 2023 SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş keçirildi
29 İyun 2023 Kamaləddin Qafarov: “ Namərd hücumu qətiyyətlə pisləyirik!”
06 Fevral 2023 Macarıstanla strateji tərəfdaşlıq möhkəmlənir
05 Yanvar 2023 Minimum əmək pensiyasının məbləği 280 manata çatacaq
30 Dekabr 2022 Vergi Məcəlləsində dəyişikliklər edildi
26 Dekabr 2022 47 ticarət müəssisəsində pozuntular aşkarlandı
09 Dekabr 2022 Parlament gələn il üçün yaşayış minimumunu qəbul edib
05 Dekabr 2022 Baş Nazir ƏDV-dən azad olunan texnikaların siyahısını təsdiq etdi
16 Noyabr 2022 Azərbaycanda büdcə ili aprelin 1-də başlaya bilər
04 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 12 milyon manat ayırdı
03 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 4,4 milyon manat ayırdı
19 Oktyabr 2022 Şükürbəyli-Cəbrayıl yolu AÇILDI
17 Oktyabr 2022 Bahalaşma səngimir: Fəsadları necə aradan götürməli – TƏHLİL
19 Sentyabr 2022 ELM VƏ TƏHSİL POTENSİALININ İNKİŞAFINA DƏSTƏK MƏQSƏDİLƏ YENİ LAYİHƏYƏ START VERİLDİ.
12 Sentyabr 2022 Ötən il mehmanxanalarda 1 milyona yaxın qonaq yerləşdirilib
31 Avqust 2022 Neftimizin qiyməti 102 dolları ÖTDÜ
26 Avqust 2022 “Azərenerji” Laçın şəhərində, Zabux və Sus kəndlərində fəaliyyətə başladı - Video
24 Avqust 2022 Nazirlər Kabineti "Aİ-92" benzinilə bağlı qərarı dəyişdi
11 Avqust 2022 Bakıda beynəlxalq taxıl ticarət konfransı keçiriləcək
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov