Samur- Abşeron kanalının Ceyranbatan qəsəbəsi ərazisindən keçən hisəsində balıqların kütləvi tələf olunması halları müşahidə olunur. Bu barədə yerli sakinlər məlumat veriblər.
Sakinlərin sözlərinə görə, ötən həftənin 5-ci və 6-cı günləri kanalda suyun səviyyəsi kəskin aşağı düşüb. Dünən suyun səviyyəsi qalxsa da sakinlər qəribə mənzərə ilə qarşılaşıblar. Səhər kanalın suyunun üzündə ölmüş balıqlar görünüb.
Hətta, azyaşlılar balıqların çoxluğunu görüb ölmüş balıqları tora yığıb evə aparıblar.
Bəzi sakinlər ölmüş balıqları təmiz qida məhsulu kimi bişirib yeyirlər.
Samur - Abşeron kanalı ətrafında yaşayan sakinlər ölü balıqların iyindən yolun keçilməz olduğunu iddia edirlər.
Nazirlikdən bildirilib ki, məsələ araşdırılır.(modern.az)