Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan bütün balıqartırma zavodları özəlləşdirməyə çıxarılır.
Bizimaz.az: bunu ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, artıq məsələ barədə Nazirlər Kabineti və Dövlət Əmlak Komitəsi ilə lazım olan müzakirələr aparılır:
“Bununla bağlı yaxşı, maraqlı təklifləri, biznes planları olanlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edə bilərlər”.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, balıqartırma zavodlarının özəlləşdirməyə açıq elan olunmasında məqsəd ölkədə balıq bolluğu yaratmaqdır:
“Sahibkarlar bu zavodları özəlləşdirməklə zavodlarda müasir standartlara uyğun balıq sənayesinin qurulmasına öz töhfələrini verəcəklər”.