Xəbər lenti

Kediti olanların nəzərinə - Pulunuzu BELƏ ALIN
 

“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyət olaraq biz bank olmayan kredit təşkilatlarının və bağlanan bankların problemli müştərilərinin kompensasiyalarının ödənilməsi istiqamətində artıq ilk addımlarımızı atmışıq. Belə ki, bu gündən etibarən müştərilər 500 manatdan aşağı olan nağd kompensasiyanı "Azərpoçt" MMC-nin respublika üzrə 1497 poçt şöbəsinə yaxınlaşıb ala bilərlər”.

 

Bunu “Azərpoçt” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Gözəlova fed.az saytının sosial şəbəkədəki canlı yayımında bildirib. O qeyd edib ki, mayın 1-dən isə 500 manatdan yuxarı olan kompensasiyaları müştərilər “Azərpoçt” tərəfindən emissiya olunmuş kartlar vasitəsilə ala biləcəklər: “Vətəndaşlardan kart üçün heç bir ödəniş tələb olunmur. Eyni zamanda, kartlardan pulu nağdlaşdıranda da komissiya tutulmur. Vətəndaş pullarını istədiyi vaxt ala bilərlər”.

G. Gözəlova deyib ki, fərmanla 121 min nəfərə yaxın vətəndaşa kompensasiyaların ödənilməsi “Azərpoçt”un öhdəliyinə düşür: “Bunlardan 76 min 836 nəfəri 500 manatdan aşağı olan məbləğdir. Eyni zamanda, qurumun rəsmi saytında da həmin şəxslərin problemli kreditlərinə dair bölmə açılıb. Vətəndaşların şəxsiyyət vəsiqəsinin seriyasını və fin kodunu daxil etməklə onlara ayrılan kompensasiyanın məbləğini və bu kompensasiyasını alacaq poçt şöbəsinin ünvanını dəqiqliklə öyrənə bilərlər. Ancaq müştərilər mütləq şəxsiyyət vəsiqəsini və ya onun sürətini təqdim etməlidirlər. Kompensasiyaların təqdim olunması istiqamətində göstərilən bütün xidmətlər pulsuzdur. Bundan əlavə, müştərilərə 1 illik kartlar təqdim olunur. Əgər vətəndaş hər hansı səbəbdən özünə aid bu kartları itirərsə və ya zədələyərsə o zaman növbəti dəfə müştəri müraciət edən zaman kartın emissiya rüsumu ödənilməlidir. Kart vasitəsilə kompensasiyanı alacaq müştərilər respublika üzrə “Azərpoçt” un 77 poçt şöbəsinə yaxınlaşıb öz kartlarını və fin kodlarını əldə edə biləcəklər.

Qeyd edim ki, müştərilərin koordinatları “Azərpoçt”a Palata tərəfindən ötürülüb. Ola bilər ki, bu və ya digər səbəbdən hansısa müştəriyə sms getməyib. Bu vətəndaşın aktiv telefon nömrəsini artıq işlətmədiyi halda olacaq. Bizə təqdim olunan nömrələrə sms göndəririk. Başqa hallarda isə sms- ləri hər hansı müştərilər görməzsə, vətəndaş məmnuniyyəti üçün “Azərpoçt” un rəsmi saytında ayrıca bir bölmə yaratmışıq. Ora daxil olmaqla məlumatları əldə edə bilərlər”. (qafrqazinfo)

02 Aprel 2024 "Piramida Reklam” MMC “İSO 9001:2020” sertifikatı ilə təltif olundu
30 İyul 2023 SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş keçirildi
29 İyun 2023 Kamaləddin Qafarov: “ Namərd hücumu qətiyyətlə pisləyirik!”
06 Fevral 2023 Macarıstanla strateji tərəfdaşlıq möhkəmlənir
05 Yanvar 2023 Minimum əmək pensiyasının məbləği 280 manata çatacaq
30 Dekabr 2022 Vergi Məcəlləsində dəyişikliklər edildi
26 Dekabr 2022 47 ticarət müəssisəsində pozuntular aşkarlandı
09 Dekabr 2022 Parlament gələn il üçün yaşayış minimumunu qəbul edib
05 Dekabr 2022 Baş Nazir ƏDV-dən azad olunan texnikaların siyahısını təsdiq etdi
16 Noyabr 2022 Azərbaycanda büdcə ili aprelin 1-də başlaya bilər
04 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 12 milyon manat ayırdı
03 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 4,4 milyon manat ayırdı
19 Oktyabr 2022 Şükürbəyli-Cəbrayıl yolu AÇILDI
17 Oktyabr 2022 Bahalaşma səngimir: Fəsadları necə aradan götürməli – TƏHLİL
19 Sentyabr 2022 ELM VƏ TƏHSİL POTENSİALININ İNKİŞAFINA DƏSTƏK MƏQSƏDİLƏ YENİ LAYİHƏYƏ START VERİLDİ.
12 Sentyabr 2022 Ötən il mehmanxanalarda 1 milyona yaxın qonaq yerləşdirilib
31 Avqust 2022 Neftimizin qiyməti 102 dolları ÖTDÜ
26 Avqust 2022 “Azərenerji” Laçın şəhərində, Zabux və Sus kəndlərində fəaliyyətə başladı - Video
24 Avqust 2022 Nazirlər Kabineti "Aİ-92" benzinilə bağlı qərarı dəyişdi
11 Avqust 2022 Bakıda beynəlxalq taxıl ticarət konfransı keçiriləcək
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov