Xəbər lenti

Neftin qiymətləri artıq kritik həddi - 1 barrel üçün 70 dolları keçdi.

 

Bizimaz.az xəbər verir ki, bu sözləri dünya bazarında neft qiymətlərinin bahalaşması ilə bağlı danışan professor Fikrət Yusifov deyib. İqtisadçı bildirib ki, neft ixracatçıları olan Rusiya, İran və Venesuelaya qarşı sanksiyalar ABŞ-ın neft qiymətlərinin aşağı düşməsi ilə bağlı istəyinə uyğun olmasa da, Birləşmiş Ştatlar sanksiyaların miqyasını genişləndirmək siyasətindən əl çəkmək fikrində deyil:

“Keçən ilin noyabrın 5-dən İran neftinin satışına 6 ay müddətinə tətbiq edilən sanksiyaların müddəti başa çatdıqdan sonra qadağaların vaxtı yenidən uzadılacaq və sanksiyalar tətbiq edilməyə başladıqdan sonra İrandan neft ixracına razılıq verilmiş 8 ölkə mayın əvvəlindən artıq bundan məhrum ediləcəklər. Bunu bilən sözügedən ölkələrin İrandan neft idxal edən kampaniyaları artıq indidən hazırlıq görməyə başlayıblar. Yəni onlar bazarda özlərinə yeni satıcılar axtarırlar. Birləşmiş Ştatların Venesueladakı vəziyyəti günü-gündən daha da gərginləşdirməsi bu ölkənin də neft ixracı imkanlarının aşağı düşməsinə səbəb olur. Bu arada Rusiyaya neft hasilatı ilə bağlı yeni sanksiyaların tətbiq ediləcəyi gözlənilir. Belə bir durumda Liviyada vəziyyətin gərginləşməsi də neft bazarında qiymətlərin artmasına əlavə bir stimul yaradır”.

F.Yusifov dünya bazarlarında neft qiymətlərinin azalmasını özünün strateji hədəfinə çevirmiş ABŞ-ın yaranmış vəziyyətdə atacağı addımlardan da söz açıb:

“ABŞ-da bu gün neft hasilatını və onun ixracını sürətlə artırmaq istiqamətində davamlı addımlar atılır, şist neft hasilatı genişləndirilir. OPEK və onunla əməkdaşlıq edən ölkələrə qarşı isə neft qiymətlərinin tənzimlənməsinə qarşı yeni sanksiyaların tətbiqi istiqamətində konkret addımlar atılır. Bu günlərdə Birləşmiş Ştatlar Konqresində NOPEC qanun layihəsinin qəbul edilməsi gözlənilir. Bu qanun Amerika məhkəmələrinə OPEK ölkələrinə qarşı inhisarçılıqla bağlı işlərə baxmaq səlahiyyəti verəcək. Bu o deməkdir ki, OPEK-ə üzv olan və ilk növbədə OPEK-lə əməkdaşlıq edən neft hasilatçısı ölkələr özlərinə problem yaratmamaq xatirinə bir-birinin ardınca OPEK-i tərk etməyə başlayacaqlar. OPEK-in dağılması isə neft bazarına nəzarət sahəsində ABŞ-n hegemonluğunun bərqərar olması demək olacaq. Nəticə etibarilə neft hasilatının həcminin bir mərkəzdən idarə olunması ortadan qalxacaq. Bu isə hasilatın artmasına, neft qiymətlərinin isə son nəticədə ABŞ-n istədiyi bir səviyyəyə qədər azalmasına inkan verəcək”.

Qeyd edək ki, hazırda “Brent” markalı neftin bir barreli 70,55 dollardır.

02 Aprel 2024 "Piramida Reklam” MMC “İSO 9001:2020” sertifikatı ilə təltif olundu
30 İyul 2023 SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş keçirildi
29 İyun 2023 Kamaləddin Qafarov: “ Namərd hücumu qətiyyətlə pisləyirik!”
06 Fevral 2023 Macarıstanla strateji tərəfdaşlıq möhkəmlənir
05 Yanvar 2023 Minimum əmək pensiyasının məbləği 280 manata çatacaq
30 Dekabr 2022 Vergi Məcəlləsində dəyişikliklər edildi
26 Dekabr 2022 47 ticarət müəssisəsində pozuntular aşkarlandı
09 Dekabr 2022 Parlament gələn il üçün yaşayış minimumunu qəbul edib
05 Dekabr 2022 Baş Nazir ƏDV-dən azad olunan texnikaların siyahısını təsdiq etdi
16 Noyabr 2022 Azərbaycanda büdcə ili aprelin 1-də başlaya bilər
04 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 12 milyon manat ayırdı
03 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 4,4 milyon manat ayırdı
19 Oktyabr 2022 Şükürbəyli-Cəbrayıl yolu AÇILDI
17 Oktyabr 2022 Bahalaşma səngimir: Fəsadları necə aradan götürməli – TƏHLİL
19 Sentyabr 2022 ELM VƏ TƏHSİL POTENSİALININ İNKİŞAFINA DƏSTƏK MƏQSƏDİLƏ YENİ LAYİHƏYƏ START VERİLDİ.
12 Sentyabr 2022 Ötən il mehmanxanalarda 1 milyona yaxın qonaq yerləşdirilib
31 Avqust 2022 Neftimizin qiyməti 102 dolları ÖTDÜ
26 Avqust 2022 “Azərenerji” Laçın şəhərində, Zabux və Sus kəndlərində fəaliyyətə başladı - Video
24 Avqust 2022 Nazirlər Kabineti "Aİ-92" benzinilə bağlı qərarı dəyişdi
11 Avqust 2022 Bakıda beynəlxalq taxıl ticarət konfransı keçiriləcək
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov