Bir neçə dövlət qurumu balansında olan avtomobilləri satışa çıxarıb.
Bizimaz.az xəbər verir ki, 30 aprel tarixində Əmlak Məsələləri Dövlət Komitəsinin keçirəcəyi hərraca ümumilikdə 7 avtomobil çıxarılıb.
Hərraca avtomobil təqdim edən qurumlar arasında Energetika Nazirliyi, Milli Məclis, Statistika Komitəsi, Prezident Yanında Dövlət İdarəçilik Akademiyası və Neftçala Rayon İcra Hakimiyyəti də var.
Ən yüksək qiymətə təqdim edilən avtomobil Prezident Yanında Dövlət İdarəçilik Akademiyasına məxsus QAZ-3302-18 markalı yük avtomobildir ki, onun da qiyməti 7000 manatdan başlayır.
Ən aşağı qiymətə təqdim edilən avtomobil isə Energetika Nazirliyinin hərraca çıxardığı QAZ 2705 avtomobilidir - 1500 manat.
Hərracda cəmi 4000 manata satılan “KİA Pregio” və “KİA Sportage” avtomobilləri də var.