Azərbaycanda əmtəəlik qaz artımı əsasən Şahdəniz-2 layihəsinin payına düşür.
Bizimaz.az: Bu sözləri Axar.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib. Ekspert bildirib ki, müqaviləyə görə, həmin qaz 2018-ci il iyunun 30-dan Türkiyə bazarında satılır:
“Azərbaycan “Şahdəniz 2” layihəsi üzrə 2020-ci il iyulun 1-dən isə Avropa bazarlarına qaz satmağa başlayacaq”.
Ekspert SOCAR-ın yataqlarında da əmtəəlik qaz hasilatının artdığını qeyd edib:
“Bu qaz ölkənin daxili bazarına daxil olur. Məhz bu səbəbdən də 2019-cu ildən Azərbaycan qaz idxalını dayandırıb. Çünki 2018-ci ildə qaz idxalının həcmi 1,8 milyard kubmetr olub”.