Xəbər lenti

Problemli kreditlərlə bağlı ölkə başçısının imzaladığı fərmanla bağlı Oxu.Az-ın suallarını Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev cavablandırıb:

​- Problemli kreditlərlə bağlı ölkə prezidentinin məlum fərmanı devalvasiyadan zərər çəkən həm bankların, həm də vətəndaşların maliyyə sıxıntılarının aradan qaldırılmasına kömək edəcək. Sizcə, hər iki tərəfə münasibətdə ədalət prinsipi nə qədər qorunub? 

- 2018-ci ilin sonuna ölkə iqtisadiyyatına qoyulmuş kreditlərin tərkibində problemli kreditlərin payı 12.2% və ya 1 mlrd. 585 mln. manat təşkil edir. Azərbaycan prezidenti cənab İlham Əliyevin fevralın 28-də imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası tam başa çatdıqdan sonra prosesin problemli kreditlərin də azalacağına müsbət təsir edəcəyinə inanırıq.

Bu, eyni zamanda, banklar üçün də yeni imkanlar yaradacaq. Bununla yanaşı, qeyd etmək istərdim ki, fərman daha çox sosial yönümlü bir sənəddir. Burada əhalinin həm problemli kreditlərinin faizlərinin silinməsi, əsas məbəğlərin çox güzəştli şərtlərlə qaytarılması üçün imkan yaradılıb, həm də devalvasiyalar nəticəsində onların borc yükündəki artımın kompensasiya edilməsi nəzərdə tutulub.

İlkin hesablamalar göstərir ki, əhaliyə ödəniləcək kompensasiyanın məbləği təqribən 670 mln. manat və onların problemli kreditlərinin silinəcək hissəsi isə təqribən 750 mln. manat həcmindədir.

Nəticədə, bu fərman ölkə əhalisinin əhəmiyyətli bir hissəsinin, təqribən 800 min nəfərinin vəziyyətinin yaxşılaşdırılmasına səbəb olacaq.

- Bu fərman iqtisadiyyatın və bank sektorunun inkişafında hansı rolu oynaya bilər? Banklarda yaranacaq əlavə likvid vəsaitlərin real iqtisadiyyata və kiçik, orta sahibkarlığa yönəldilməsi ilə bağlı gözləntilər nə qədər gerçəkdir? 

- Fərmanda banklara 682 mln. manat güzəştli kreditin ayrılması, ödəniləcək kompensasiyalar hesabına müştərilərin banklarda olan problemli kreditlərinin əsas məbləğinin ilk növbədə ödənilməsi nəzərdə tutulub ki, bu da banklarda müəyyən qədər likvid vəsaitin yaranmasına səbəb olacaq.

Bu vəsaitlərin banklar tərəfindən, əsasən, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılır. Eyni zamanda, qeyd etmək istərdim ki, bu kreditlər verilərkən risklər daha dərindən qiymətləndiriləcək, məsuliyyətli kreditləşmə və məsuliyyətli borclanma prinsipləri əsas tutulacaq. Bu, həm bankların, həm də müştərilərin daha səmərəli və daha az riskli  fəaliyyətini təmin edəcək.

- Açıqlamalara görə, dollar kreditləri üzrə aprelin 15-dən kompensasiyaların verilməsinə başlanacaq. Bildiyimizə görə, banklardan həmin dövr üzrə çıxarış alanların sayı minlərlədir. Yəqin ki, ödəniş prosesində hansısa suallar yaranacaq, bu sualları hansı qurum cavablandıracaq? 

- Fərmana əsasən, on beş gün müddətində Maliyyə Bazarlarına Nəzarrət Palatası Mərkəzi Bank ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla  fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi qaydasını təsdiq edəcək.

Bundan sonra kompensasiyaların hansı qaydada ödənilməsi barəsində həm kütləvi informasiya vasitələrində və eyni zamanda, banklar tərəfindən də ictimaiyətə geniş məlumatlar veriləcək.

Beləliklə, vətəndaşlar bu proses haqqında kompensasiyaların verilməsinə başlanan zamana qədər geniş məlumatlandırılacaq. Əlbətdə ki, xüsusi halların olması istisna edilmir. Bu zaman isə müştərilər banklara müraciət edərək öz suallarına cavab tapa biləcəklər.

- Bağlanan banklar üzrə vaxtı keçmiş kreditlər üzrə məsuliyyəti ADIF daşıyacaq? Bu məsələlər necə kurasiya olunur? 

- Hazırlanacaq qaydalarda bütün bu və digər məsələlər öz dəqiq həllini tapacaq.

02 Aprel 2024 "Piramida Reklam” MMC “İSO 9001:2020” sertifikatı ilə təltif olundu
30 İyul 2023 SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş keçirildi
29 İyun 2023 Kamaləddin Qafarov: “ Namərd hücumu qətiyyətlə pisləyirik!”
06 Fevral 2023 Macarıstanla strateji tərəfdaşlıq möhkəmlənir
05 Yanvar 2023 Minimum əmək pensiyasının məbləği 280 manata çatacaq
30 Dekabr 2022 Vergi Məcəlləsində dəyişikliklər edildi
26 Dekabr 2022 47 ticarət müəssisəsində pozuntular aşkarlandı
09 Dekabr 2022 Parlament gələn il üçün yaşayış minimumunu qəbul edib
05 Dekabr 2022 Baş Nazir ƏDV-dən azad olunan texnikaların siyahısını təsdiq etdi
16 Noyabr 2022 Azərbaycanda büdcə ili aprelin 1-də başlaya bilər
04 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 12 milyon manat ayırdı
03 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 4,4 milyon manat ayırdı
19 Oktyabr 2022 Şükürbəyli-Cəbrayıl yolu AÇILDI
17 Oktyabr 2022 Bahalaşma səngimir: Fəsadları necə aradan götürməli – TƏHLİL
19 Sentyabr 2022 ELM VƏ TƏHSİL POTENSİALININ İNKİŞAFINA DƏSTƏK MƏQSƏDİLƏ YENİ LAYİHƏYƏ START VERİLDİ.
12 Sentyabr 2022 Ötən il mehmanxanalarda 1 milyona yaxın qonaq yerləşdirilib
31 Avqust 2022 Neftimizin qiyməti 102 dolları ÖTDÜ
26 Avqust 2022 “Azərenerji” Laçın şəhərində, Zabux və Sus kəndlərində fəaliyyətə başladı - Video
24 Avqust 2022 Nazirlər Kabineti "Aİ-92" benzinilə bağlı qərarı dəyişdi
11 Avqust 2022 Bakıda beynəlxalq taxıl ticarət konfransı keçiriləcək
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov