“Sahibkarların dövlət zəmanətli krediti asan və şəffaf əldə etməsi üçün yaradılmış Elektron Kredit Platforması effektiv vasitədir”.
Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesabında yazıb.
“Ötən il bu platformada 949 milyon manat həcmdə 3 min 300-dən çox müraciət qeydə alınıb. 529 müraciət üzrə 169 milyon manat dövlət zəmanətli kredit ayrılıb” - deyə, nazir qeyd edib.