İyulun 1-dən etibarən Azərbaycanda "Aİ 95" premium markalı benzinin qiyməti 10 qəpik artıb.
Bizimaz.az xəbər verir ki, bu markadan olan benzinin qiyməti 1 manat 20 qəpik təşkil edəcək.
SOCAR-ın İctimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib ki, bahalaşma dünya bazarında Aİ-95 benzininin qiymət artımı ilə bağlıdır: "Çünki benzinin bu markası ölkəyə idxal olunur".
Xatırladaq ki, "Aİ-95" premium markalı benzinin qiyməti mayın 1-də 10 qəpik ucuzlaşmışdı.