Xəbər lenti

Nazirliyə «şapka» verən şirkətin - QAZANDIĞI TENDERLƏR - SİYAHI | FED.az
08:0914 May 2020

Xəbər verildiyi kimi, Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin həbsi ilə nəticələnən DTX əməliyyatında nazirliyin bəzi tenderləri və bu tenderləri qazanan şirkət, eləcə də tenderlər zamanı verilən rüşvət halları haqqında da məlumat verilir.

Eləcə də bax: Mədəniyyət Nazirliyindən əməliyyat öncəsi - YENİ MÜQAVİLƏLƏR - SİYAHI

FED.az xəbər verir ki, əməliyyat öarədə açıqlanan məlumatlara görə, Binəqədi rayonu İrəvan Dövlət Azərbaycan Dram Teatrı binasının əsaslı təmiri və yenidənqurulma işləri üçün alınan 11 milyondan artıq vəsaitin təqribən 900 min manatı «şapka» kimi nazirliyə qaytarılıb.

Eləcə də bax: Azərbaycanda ən çox sayda tender udan - 21 ŞİRKƏT – SİYAHI

Qeyd edək ki, söhbət «Piramida-F.R» MMC şirkətindən gedir. Şirkət həmin tenderi 2018-ci ildə qazanıb və 2018-ci ilin 12 dekabrında şirkətlə nazirlik  arasında müvayiq müqavilə bağlanıb.

Eləcə də bax: İmişlidə dövlət tenderlərini - KİMLƏR UDURMUŞ? – SİYAHI, MƏBLƏĞLƏR

Şirkətin rəhbəri Şamxal Ağaşirinov bildirib ki, müqavilədə nəzərdə tutulan 11 milyon manat vəsaitin 6 milyon manatı «Piramida-F.R» MMC-yə ödənilib. Ondan ƏDV məbləğini çıxandan sonra qalan məbləğin 20%-i, təqribən 900 min manatı «otkat» kimi nazirliyə qaytarılıb.

Müəssisə rəhbəri 11 milyon manatlıq məbləğin qalan hissəsinin taleyi ilə bağlı məlumat verməyib.

Eləcə də bax: Dövlət tenderlərindən ən çox pul qazanan - 50 ŞİRKƏT – SİYAHI - MƏBLƏĞLƏR

FED.az-ın araşdırmasına görə, «Piramida-F.R» MMC dövlət tenderlərində aktiv iştirak edən şirkətdir. İndiyədək tkcə son iki ildə şirkət dövlət satınalmalarında irili-xırdalı 40 müqavilə udub. Onların əksəriyyəti və ən byöük məbləğləri Mədəniyyət Nazirliyinin qurumları ilə olub. Şirkətin tenderini udduğu qurumlar arasında Xətai rayon icra hakimiyyəti, Ədliyyə Nazirliyi, FHN, hətta Baş Prokurorluq da var.

02 Aprel 2024 "Piramida Reklam” MMC “İSO 9001:2020” sertifikatı ilə təltif olundu
30 İyul 2023 SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş keçirildi
29 İyun 2023 Kamaləddin Qafarov: “ Namərd hücumu qətiyyətlə pisləyirik!”
06 Fevral 2023 Macarıstanla strateji tərəfdaşlıq möhkəmlənir
05 Yanvar 2023 Minimum əmək pensiyasının məbləği 280 manata çatacaq
30 Dekabr 2022 Vergi Məcəlləsində dəyişikliklər edildi
26 Dekabr 2022 47 ticarət müəssisəsində pozuntular aşkarlandı
09 Dekabr 2022 Parlament gələn il üçün yaşayış minimumunu qəbul edib
05 Dekabr 2022 Baş Nazir ƏDV-dən azad olunan texnikaların siyahısını təsdiq etdi
16 Noyabr 2022 Azərbaycanda büdcə ili aprelin 1-də başlaya bilər
04 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 12 milyon manat ayırdı
03 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 4,4 milyon manat ayırdı
19 Oktyabr 2022 Şükürbəyli-Cəbrayıl yolu AÇILDI
17 Oktyabr 2022 Bahalaşma səngimir: Fəsadları necə aradan götürməli – TƏHLİL
19 Sentyabr 2022 ELM VƏ TƏHSİL POTENSİALININ İNKİŞAFINA DƏSTƏK MƏQSƏDİLƏ YENİ LAYİHƏYƏ START VERİLDİ.
12 Sentyabr 2022 Ötən il mehmanxanalarda 1 milyona yaxın qonaq yerləşdirilib
31 Avqust 2022 Neftimizin qiyməti 102 dolları ÖTDÜ
26 Avqust 2022 “Azərenerji” Laçın şəhərində, Zabux və Sus kəndlərində fəaliyyətə başladı - Video
24 Avqust 2022 Nazirlər Kabineti "Aİ-92" benzinilə bağlı qərarı dəyişdi
11 Avqust 2022 Bakıda beynəlxalq taxıl ticarət konfransı keçiriləcək
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov