ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyul müqaviləsinin dəyəri 1,93% artaraq 1 barelə görə 31,73 dollar təşkil edib.

 

Bizimaz.az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında iyunda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 1,16% artaraq 27,88 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti də artıb. İyunda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit - Britaniya istilik vahidi) görə 1,49% artaraq 1,698 ABŞ dolları təşkil edib.