Azərbaycana qonşu olan ölkələrdə dolların məzənnəsi bu ölkələrin milli valyutaları qarşısında hər gün dəyişir.

 

Bizimaz.az  xəbər verir ki, dolların məzənnəsində dəyişiklik ən çox Rusiyanın milli valyutası olan rublda özünü göstərir.

Belə ki, bu günə olan rəsmi məzənnədə 1 dollar 72,68 rubla satılır. Ötən həftə (74,76) ilə müqayisədə rubl nisbətən bahalaşıb.

Bundan başqa Türkiyə lirəsi 1 dollar qarşısında həftə ərzində 6,9 lirə təşkil edib. 

Digər bir qonşumuz Gürcüstanda isə milli valyuta - lari dollar qarşısında nisbətən bahalaşıb. Son bir həftə ərzində dolların məzənnəsi 3,17 laridən 3,20 lariyə düşüb.

İran İslam Respublikasının valyutası isə 1 dollar qarşısında həftə ərzind 42,5 real olaraq qalıb. 

Onu da bildirək ki, qonşu ölkələrdən fərqli olaraq Azərbaycanda milli valyutanın - manatın məzənnəsində heç bir dəyişiklik olmayıb. Bir həftə əvvəl olduğu kimi bu gün də 1 dollar 1,7 manata bərabərdir.