"Əlavə dəstək tədbirlərinə ehtiyac olduğu təqdirdə bu barədə müvafiq təhlillər həyata keçiriləcək".
Bizimaz.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabineti yanında Operativ Qərargahda jurnalistlər üçün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, koronavirus pandemiyası Azərbaycan iqtisadiyyatına böyük məbləğdə ziyan vurub: "Bu rəqəmləri tam dəqiq hesablamaq çətindir. Gündəlik itkilərin məbləği 120-150 milyon manatdır".