Rusiyanın “Crocus Group” şirkətlər qrupunun prezidenti, milyarder Araz Ağalarov biznesindəki hazırkı vəziyyəti batmış gəmi ilə müqayisə edib.
Bizimaz.az bildirir ki, Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, mart ayı üçün işçilərinə maaş versə də, apreldə bunu edə bilməyəcəyini təəssüflə qeyd edib.
“Mən ofisimizdə sanki balaca gəmisinin batmasını müşahidə edən kapitan kimi oturmuşam. Heç nə də edə bilmirəm. Buna təsir etmək mümkün deyil”-deyə Ağalarov söyləyib.
İş adamı "Crocus Group"un 15 min işçsinin olduğunu və yalnız “Tvor dom” ("Sənin evin") mağazalar şəbəkəsinin 2 min işçisi istisna olmaqla, qalan obyektlərinin bağlı olmasından gileylənib.
“Göyərtəsində 15 min üzvü olan gəmi yavaş-yavaş batır və kapitan heç nə edə bilmir. Çünki suyu gəmidən çıxarmaq üçün ona imkan vermirlər”.
"Crocus Groupn"un tərkibinə 1,5 milyon kvadrat metrdən artıq sahəsi olan müxtəlif profilli obyektlər daxildir. Ticarət və sərgi mərkəzləri, okeanarium, restoranlar, fitnes mərkəzləri və tikinti işində ixtisaslaşmış bir neçə podratçı şirkət "Crocis Group"un tərkibində daxildir.
Ağalarov hər ay 1 milyard rubl məbləğində maaş ödədiklərini əlavə edib.
“Bu pulların bir qismi bizdə var və martın maaşlarını ödəyəcəyik. Amma aprel ayı üçün pulumuz yoxdur. Qarşıda nələrin olacağını bilmirəm”-deyə Ağalarov deyib.
Araz Ağalarov iş personalını əldə saxlamaq istədiklərini əlavə edib. Amma aprelin 7-dən şirkətin 6 min işçisi maaşının üçdə iki hissəsi saxlanılmaqla məzuniyyətə buraxılıb.
“Dövlətin yardımı olmadan biznesi saxlamaq mümkün deyil. Bizə deyirlər: işləmək olmaz, kadrları saxlayın, maaşları ödəyin. Kifayət qədər yüksək vergi yükümüz var və ehtiyatımız olmadığı üçün bu prinsipial məsələdir”.
Araz Ağalarov əlavə dəyər vergisini ləğv etmək və vergi ödəməmək üçün 2 aylıq güzəşt istəyib.