Neft qiymətlərinin OPEK+ razılaşmasından sonra artmasını gözləməyə dəyməz.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bunu “Kommersant”a müsahibəsində “Qazpromneft”in rəhbəri Aleksandr Dyukov deyib. O, ən yaxşı halda neft qiymətlərinin 40-45 dollara qədər yüksələcəyini bildirib:
“İkinci rüb ən çətin dönəm olacaq, amma ümid edirik ki, karantinlərin ləğvi və yayda iş aktivliyinin bərpa edilməsi ilə payızda neftə olan tələbat böhrandan öncəki səviyyəyə yaxınlaşacaq. Belə olan halda deyə bilərik ki, ən pozitiv ssenaridə neft qiymətləri ilin sonuna 40-45 dollara qədər yüksələ bilər”.