Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,15 ABŞ dolları, yaxud 0,41% ucuzlaşıb.

 

Bizimaz.az "report"a istinadən xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 36,47 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.