Azərbaycan Prezidenti İlham Əliyevin 2 mart 2020-ci il tarixli, 1871 nömrəli sərəncamı ilə Rövşən Nazim oğlu Cavadov Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktorunun müavini vəzifəsinə təyin edilib.
Bu barədə ARDNF məlumat yayıb.
R.Cavadov 2014-cü ildən hazırkı tarixədək ARDNF-nin İnvestisiya departamentinin direktoru vəzifəsində çalışıb. Daha öncələr Fondun İnvestisiya departamentində müxtəlif vəzifələrdə, 2009-2014-cü illər ərzində İnvestisiya departamentinin direktorunun müavini vəzifəsində işləyib.
ARDNF-nin İcraçı direktorunun müavini Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib, eyni zamanda, ABŞ-ın Klark universitetində maliyyə üzrə magistr dərəcəsi alıb.