Xəbər lenti

“Zərgərlik sahəsində problemlərin nə qədər ciddi olduğunu bilirik. Bu sahədə idxal, yerli istehsal, ixrac əməliyyatlarımızda potensial yüksək olduğu halda biz öz fəaliyyətimizi təşkil edə bilmirik”. 

 

Bizimaz.az: Oxu.Az-ın məlumatına görə, bunu “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” mövzusunda sahibkarlarla görüşdə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bildirib. 

O qeyd edib ki, kölgə iqtisadiyyatı ilə mübarizəni vahid komanda şəklində aparsaq, leqal fəaliyyət göstərən sahibkarların gələcək inkişafı qaçılmazdır:

“Qanunsuz fəaliyyətlə məşğul olan yerli və idxalçıların bazarlarının yaradılması bizim üçün qaçılmazdır. Rəqəmlərə və statistik göstəricilərə nəzər salsaq, görürük ki, bu sahədə vəziyyət ürəkaçan deyil. 

Bu tədbir Prezident İlham Əliyevin Vergi Xidməti və DGK qarşısında qoyduğu kölgə iqtisadiyyatı ilə bağlı mübarizənin əsas prioritetlərindən biri kimi sayıla bilər. Bu sahədə böyük vergilərin qoyulması, tariflərin tətbiq olunması, idxal, ixrac əməliyyatlarında verginin yuxarı qaldırılması ilə bunu tənzimləmək mümkün deyil.

Bunun yolu gələcəyə yönəlmiş təkliflərin dəyərləndirilərək sektorun inkişafına səbəb olmaq, qaçaqmalçılığa qarşı birgə mübarizə aparmaqdır. Sahibkarlara münbit şəraitin yaradılması da təmin edilməlidir. Dövlət və özəl sektor bu sahədə birgə tədbir görməzsə, hansı verginin azaldılmasından və artırılmasından asılı olmayaraq, bu bazarın inkişaf etdirilməsi mümkün deyil”. 

DGK sədri qeyd edib ki, qanunvericilikdə gömrük sahəsində problemlər var:

“Qanunvericilikdə idxal əməliyyatları üzrə vergi və rüsumların həddən artıq çox olması leqal fəaliyyət göstərən şirkətin qaçaqmalçılıq yolu ilə mallarını gətirməsinə şərait yaradır və bu məsələrlə bağlı mübarizəmizi çətinləşdirir. Həm emal, həm də idxalda şəffaflığın təmin olunmasında sahibkarların yanındayıq”.

02 Aprel 2024 "Piramida Reklam” MMC “İSO 9001:2020” sertifikatı ilə təltif olundu
30 İyul 2023 SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş keçirildi
29 İyun 2023 Kamaləddin Qafarov: “ Namərd hücumu qətiyyətlə pisləyirik!”
06 Fevral 2023 Macarıstanla strateji tərəfdaşlıq möhkəmlənir
05 Yanvar 2023 Minimum əmək pensiyasının məbləği 280 manata çatacaq
30 Dekabr 2022 Vergi Məcəlləsində dəyişikliklər edildi
26 Dekabr 2022 47 ticarət müəssisəsində pozuntular aşkarlandı
09 Dekabr 2022 Parlament gələn il üçün yaşayış minimumunu qəbul edib
05 Dekabr 2022 Baş Nazir ƏDV-dən azad olunan texnikaların siyahısını təsdiq etdi
16 Noyabr 2022 Azərbaycanda büdcə ili aprelin 1-də başlaya bilər
04 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 12 milyon manat ayırdı
03 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 4,4 milyon manat ayırdı
19 Oktyabr 2022 Şükürbəyli-Cəbrayıl yolu AÇILDI
17 Oktyabr 2022 Bahalaşma səngimir: Fəsadları necə aradan götürməli – TƏHLİL
19 Sentyabr 2022 ELM VƏ TƏHSİL POTENSİALININ İNKİŞAFINA DƏSTƏK MƏQSƏDİLƏ YENİ LAYİHƏYƏ START VERİLDİ.
12 Sentyabr 2022 Ötən il mehmanxanalarda 1 milyona yaxın qonaq yerləşdirilib
31 Avqust 2022 Neftimizin qiyməti 102 dolları ÖTDÜ
26 Avqust 2022 “Azərenerji” Laçın şəhərində, Zabux və Sus kəndlərində fəaliyyətə başladı - Video
24 Avqust 2022 Nazirlər Kabineti "Aİ-92" benzinilə bağlı qərarı dəyişdi
11 Avqust 2022 Bakıda beynəlxalq taxıl ticarət konfransı keçiriləcək
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov